“Ciro d-İtaliya” veloyürüşündə 4-cü tur arxada qalıb.
İştirakçılar bu dəfə 140 km məsafə qət ediblər. Fransalı Arno Demare finiş xəttini rəqiblərindən tez keçib. O, 3 saat 22 dəqiqə 13 saniyə nəticə göstərib. Slovakiyalı Peter Saqan 2-ci olub. İtaliyalı velosipedçi Davide Balyerini isə ilk 3-lüyü tamamlayıb. Ümumi sıralamada portuqaliyalı Joao Almeida liderdir. O, 11 saat 6 dəqiqə 36 saniyə nəticə göstərib. Ekvadorlu Coanatan Kaysedo liderdən cəmi 2 saniyə geri qalır. İspaniyalı Pello Bilbao 11 saat 7 dəqiqə 15 saniyə nəticə ilə 3-cüdür.
21 mərhələdən ibarət veloyürüşə oktyabrın 25-də yekun vurulacaq.